Məmmədyarov “Əl-Şəbaab”ı pislədi

Məmmədyarov “Əl-Şəbaab”ı pislədi

Somalidə təhlükəsizliyin gələcəyinə nail olmaq üçün idarəetmə və idarəetmə qurumları çox diqqətli və bir yerdə olmalıdırlar, həmçinin, lazımsız yayındırmaların qarşısını almalıdırlar.

7News.Az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan, sülh və dövlət quruculuğu prosesi, həmçinin, ölkənin sabitliyinin təmin olunmasını diqqət mərkəzində saxlayır.

Nazir qeyd edib ki, Azərbaycan Somali ilə tam həmrəyliyini bir daha bəyan edir. E.Məmmədyarov Somalidə törədilən terror aktlarını pisləyib:

"Əl-Şəbaab” döyüşçülərinin qalıqları tərəfindən törədilən bütün terror aktlarını və zorakı ekstremizmi qətiyyətlə pisləyirik. Onları sülh və barışıq prosesinə qoşularaq ağıl səsini dinləməyə və zorakılıqdan imtina etməyə çağırırıq.

Somali Federal hökumətinə çətinliklərin öhdəsindən gəlmək, barışıq əldə etmək və etibarlı, sabit, birləşmiş, demokratik və firavan bir dövlət qurmaq səylərində dəstəyimizi bildirmək istərdim”.

XİN başçısı qeyd edib ki, Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır.

7News.Az

Xəbər lenti