"Mən orada Müşfiqabadı səhv dedim" — Afaq Bəşirqızı dünənki ÇIXIŞINDAN DANIŞDI

Xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə mədəniyyət və incəsənət xadimlərinin görüşü barədə danışıb.
Sənətkar "Ölkə.Az"ın əməkdaşı ilə qısa söhbətində bəzi məqamalara aydınlıq gətirib.

- Afaq xanım, istərdim ki, əvvəlcə dünənki görüş barədə fikirlərinizi öyrənək.

-Məmməd Arazın vətəndaşlıq haqqında gözəl sözü var. Mən də vətəndaşlıq borcumu yerinə yetirdim. Xalq artisti adı prezident mükafatına, prezident təqaüdünə yol deyil. Xalq artisti fəxri adı çox məsuliyyətli addır. Hər bir sənətkar bu barədə fikirləşməlidir. Söhbət əsl sənətkarlardan gedir, əmi, dayı, xala bibi zəngindən danışmıram. Əsl sənətkarlar fikirləşməlidirlər ki,  onlardan sonra hələ bu sənətin yolu var. Heç bir sənətkar zirvəyə çatmayıb. Zirvə sonluqdur və oradan sonra heç nə yoxdur. Sənətkarın həyatda olmaması onun zirvəsidir. Mən istəyirəm ki, sənətkar bu uzun yolda ondan başqa gedənlərin də olduğunu bilsin. Özündən sonra gələnlər üçün o yolu hamarlamaq sənətkarın borcudur. Özümü heç vaxt dünənki qədər ürəyi boşalmış hiss etməmişdim. Çox minnətdaram ki, cənab prezident və Mehriban xanım mənim verdiyim təklifə reaksiyalarını göstərdilər. İnşallah, hər şey yaxşı olacaq. Mən dünən çıxış etmədim, ürəyimin səsini danışdım. Əslində, dünən mənə söz verməmişdilər.

- Yəqin ki, gənc aktyorlardan xeyli təşəkkür mesajları almısınız...
- İnanın ki, Lənkəran, Mingəçevir, İrəvan Teatrı, Şuşa Teatrından, mərkəzi teatrladan o qədər zənglər, mesajlar almışam ki... O qədər xoşbəxtəm ki. Hətta teatrda işləməyən şəxslərdən təşəkkürlər almışam. Musiqili Teatrda aktyora görün nə qədər böyük dəstə xidmət edir. Bura orkestr, xor, balet, administrasiya daxildir. 

- Bilirəm ki, vaxt məhdudiyyətiniz var. O səbəbdən də son sualımı verirəm. Çıxışınızda Müşfiqabadda yaşayan aktyorla bağlı məqam var idi. Həmin aktyor kimdir?

- Mən orada yanlış olaraq Müşfiqabadın adını çəkdim. Həmin aktyorumuzun adı Pərvizdir, Qobu kəndində yaşayır. Təəssüf ki, həmin əməkdaş bir ay əvvəl teatrdan çıxıb. 
 
7News.Az

Xəbər lenti