RU
lombard
Məni video çəkməyə məcbur etdilər: Rusiyadan Bakıya zorla gətirilən qız anasını ittiham etdi - VİDEO
17:20
408

Məni video çəkməyə məcbur etdilər: Rusiyadan Bakıya zorla gətirilən qız anasını ittiham etdi - VİDEO

Sosial şəbəkələrdə yanvarın 15-də 18 yaşlı azərbaycanlı Sevgiyə Sübhani İsmayılovanın cinsi oriyentasiyasına görə qohumları tərəfindən təzyiq və zorakılığa məruz qaldığı barədə məlumatlar yayılıb.

Media.Az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə onun dostları məlumat verib.

Rusiya vətəndaşı olan Sevgiyə Norilskdə doğulub. O, Krasnoyarskda yaşayır və orada Tibb Universitetində təhsil alır. Bir neçə gün əvvəl valideynləri onu Bakıya gətirib və zorla evdə saxlayıb.

Bu baxmayaraq, ölkənin bir sıra KİV-lərinə verdiyi müsahibədə Sevgiyənın anası Rəsmiyyə İsmayılova əvvəllər yayılan məlumatları təkzib edərək, qızının öz istəyi ilə ölkəyə qayıtdığını və Rusiyadakı pis mühitdən qaçdığını deyib. Qızın anası Sevgiyənin Bakıya köçməsinin əsl səbəbləri haqqında danışdığı videonu da təqdim edib.

Dünən gecə Sevgiyə Sübhani İsmayılovanın Mehriban Zeynalovanın sədr olduğu "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında olduğu məlum olub. Tam təhlükəsizlik şəraitində olan qız bütün həqiqətləri söylədiyi başqa bir video hazırlayıb. Məlum olub ki, daha əvvəl qeydə alınan video ananın təzyiqi altında hazırlanıb.

Media.Az Sevgiya Sübhani İsmayılovanın yeni müraciətini təqdim edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ