Meqan Markl kral sarayını tərk etdi - İddia

Meqan Markl kral sarayını tərk etdi - İddia

İngilis kral ailəsinin gəlini Meqan Markl haqqında gözlənilməyən iddia ortaya atılıb.

 

7News.Az xəbər verir ki, Meqan əri, şahzadə Harri və oğlu Arçini də götürüb sarayı tərk edib. Kral ailəsini yaxından izləyən şərhçi Rob Şuterın irəli sürdüyü iddia bütün ingilis mediasında yer alıb.

O bildirib ki, Meqan ailəsi ilə birlikdə ABŞ-a köçür. Buna səbəb isə Marklın gələcəyin kralı olacaq şahzadə Uilyam və arvadı Keyt Middltonun kölgəsində qalmaqa istəməməsi olub.

Şərhçi Meqanın kral sarayında xoşbəxt olmadığını yazıb. Bundan əvvəl isə Harri ailəsi ilə birlikdə Afrikaya köçmək istəyirdi. Amma Yelizaveta onlara icazə verməmişdi.

 

 

 

7News.Az

Xəbər lenti