Ərdogan Konstitusiyaya dəyişikliklər təqdim edir

Ərdogan Konstitusiyaya dəyişikliklər təqdim edir

Türkiyədə Piyada, Dəniz və Hava Qüvvələri Komandirliyi Milli Müdafiə Nazirliyinin tabeliyinə verilib.

Bundan əlavə, hərbi məktəblər bağlanıb və nazirliyin nəzdində Milli Müdafiə Universiteti yaradılıb. Şənbə günü Türkiyə prezidenti bildirib ki, o, hərbi akademiyaların bağlanmasını, kəşfiyyat agentliyi və hərbi qərargah rəisinin şəxsi nəzarəti altında olmasını istəyir.

Receb Tayyib Ərdogan bildirib ki, təkliflər parlamentə təqdim olunacaq. Bu, iyulun 15-də uğursuz çevrilişdən sonra başlanmış irimiqyaslı repressiyalar çərçivəsində baş verir.
Hakimiyyət deyir ki, azı 246 nəfərin həyatını itirdiyi çevriliş cəhdinin arxasında Fethullah Gülen dayanır. ABŞ-da yaşayan ruhani isə bu ittihamı təkzib edir.
"Biz Konstitusiyaya kiçik dəyişikliklər paketi təqdim edəyəcik. Əgər qəbul edilərsə, o zaman Milli İstihbarat Təşkilatı (MİT) və hərbi qərargah rəisi prezidentin nəzarəti altında olacaq", cənab Erdoğan A Haber televiziyasına deyib.

"Hərbi məktəblər bağlanacaq... biz milli müdafiə universiteti yaradacağıq", o qeyd edib. Prezident əlavə edib ki, jandarmanın da sayı azaldılacaq, lakin silahlandırma çoxaldılacaq.

Ərdogana bu qaydaları qəbul etdirmək üçün millət vəkillərinin 2/3-nin səsi lazımdır. İndiki vəziyyətdə onu müxalifət partiyaları da dəstəkləyir./milli.az

7news.Az

Xəbər lenti