Məşhur baş məşqçinin çeynənmiş saqqızı rekord qiymətə satıldı

Məşhur baş məşqçinin çeynənmiş saqqızı rekord qiymətə satıldı

"eBay” internet hərracında 517 min dollara çeynənmiş saqqız satılıb.

7News.Az Publika.az-a istinadən xəbər verir ki, saqqız "Mançester Yunayted”in sabiq baş məşqçisi Aleksis Ferqüssona məxsus olub.

Təcrübəli baş məşqçi həmin saqqızı 19 may 2013-cü il tarixində keçirilən "Vest Bromviç”- "Mançester Yunayted” (5:5) oyununda çeynəyib. Həmin matç Ferqüsson üçün "MY”də son oyun olub.

Məlumata görə, hərracdan əldə olunan vəsait "MY”nın xeyriyyə fonduna köçürüləcək.

 

 7News.Az


Xəbər lenti