Məşhur müğənni qarət olunan qadına kömək etmək istəyərkən soyuldu - VİDEO

Məşhur müğənni qarət olunan qadına kömək etmək istəyərkən soyuldu - VİDEO

Məşhur opera müğənnisi Ketrin Cenkins Londonda xeyriyyə konsertinə gedərkən qarət olunub.

Bu barədə "Evening Standard” xəbər verib.

Bildirilir ki, Mezzo-soprano Çelsi şəhərində yaşlı bir qadına hücum olduğunu görüb və kömək etmək üçün dayanıb. Lakin bu müdaxilə onun üçün də yaxşı bitməyib, belə ki, yaşlı qadınla birlikdə müğənninin özü də soyğuna məruz qalıb.

Xoşbəxtlikdən həmin vaxt yaxınlıqdan hüquq-mühafizə orqanlarının əməkdaşları keçib. Müğənni baş verənləri onlara danışıb.

Polislərin işə qarışmasından sonra qarət şübhəsi ilə 15 yaşlarında olan iki qız saxlanılıb.

7News.Az

Xəbər lenti