Mətanət Əsədova qəza xəbərindən danışdı - Dünəndən ağlaşmadı - FOTO

Mətanət Əsədova qəza xəbərindən danışdı - Dünəndən ağlaşmadı - FOTO
Müğənni Mətanət Əsədova avtomobil qəzası keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara özü reaksiya verib.

"Hər şey daxil"in efirinə telefonla qoşulan Mətanət Əsədova onun ağır qəzaya düşdüyü xəbərlərinin ağ yalan olduğunu bildirib.

Müğənni barəsində dezinformasiya yayanları efir vasitəsi ilə sərt tənqid edib:

"Deyirəm hər yerdə belə ağılsız, başdan xarablar var da! Bunlar utanmırlar, bunların Allahı yoxdur? Qorxu yoxdur bunların canında? Əvvəla mən maşını çoxdandır satmışam, indi maşınsızam. İkinci də mən ayrı bir maşınla ATV telekanalına çəkilişə gedirdim. Özü də çəkiliş canlı yayım idi. Efirdə aparıcı soruşdu ki, "Niyə qanınız qaradır?". Dedim "Heç nə, bir balaca qəza oldu. Maşın maşına dəydi, nə yaxşı ki mənə heç nə olmadı". Mən canlı efirdəyəm, heç nə də olmayıb mənə. Yazıblar ki, Mətanət Əsədovaya zəng çatmadı. Heç kim də mənə zəng etməyib ha. Bu qədər Allahsızlıq olar? Bəlkə mənim evimdə ağır xəstə var, həyəcan keçirdər. Nə qədər siz mənimlə oynayırsınız? Məndə axtardıqlarınız başınıza gəlsin. Allah məni istəsin, Allahın qulunun məni istəməyini neynirəm. Amma birdənə onu bilsinlər ki, Allahdan qorxsunlar. İnsan diriykən bunlar öldürür. Dünəndən bəri mənim telefonum susmur. Br Allah şahiddir, dünən bir məclisdə oturmuşdum, telefonum da susmur. Mən də İnstaqram-a baxmamışam ki, nə olub axı. O deyir "sağsan, bu deyir "Sağsan". Bir dənə də aşmış maşın qoyublar. Amma maşın-maşına dəyib bir damcı. Dünəndən bəri ağlaşmadı. Bu qədər insanların göz yaşını niyə axıdırsınız? Utanmırsınız?"


Mətanət Əsədova qəza xəbərindən danışdı - Dünəndən ağlaşmadı - FOTO
 

7News.Az

Xəbər lenti