Orucluğa görə ərzaq məhsulları bahalaşıb?

Orucluğa görə ərzaq məhsulları bahalaşıb?

İqtisadiyyat Nazirliyi Ramazan ayı ilə əlaqədar bazar və marketlərdə bir çox ərzaq məhsullarının qiymətin bahalaşması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, bazar və marketlərdə hər hansı qiymət artımı müşahidə edilməyib.

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinq, baxış, müayinə və digər metodlardan istifadə etməklə istehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Müəyyən dövrlər var ki, o vaxtlarda ərzaq məhsullarına əhalinin təlabatı artır. Ramazan ayı ərəfəsində də bir sıra ərzaq məhsullarına təlabat artır. Bunu nəzərə alaraq Dövlət Xidməti bu sahəyə nəzarəti daha gücləndirilib. Amma nə bu günlərdə istehlakçılardan hər hansı müraciət daxil olub, nə də nəzarət tədbirləri zamanı əsassız qiymət artımı ilə rastlaşılıb”.

A.Əliyev vurğulayıb ki, bayramın qiymətlərə təsiri hiss olunmur: “Bununla belə intensiv nəzarət tədbirləri bütün Ramazan ayı ərzində və bayram günlərində davam etdiriləcək. İstehlakçılar belə halla qarşılaşsalar Nazirliyin “195-2” Çağrı Mərkəzinə, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 4981501, 4981504 nömrələrindən istifadə edərək müraciət edə bilərlər”. /azvision.az

7News.Az

Xəbər lenti