Moskva Ərdoğanın barışıq mesajına

Moskva Ərdoğanın barışıq mesajına

"Moskva Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir. Amma Vladimir Putin açıq dedi ki, Türkiyə bəzi şərtlərə əməl etmədən bu mümkün deyil".

Peskov Rəcəb Tayyib Ərdoğanın Rusiya günü münasibəti ilə rusiyalı həmkarı Putinə göndərdiyi məktubu şərh edib. Onun sözlərinə görə, V.Putin dəfələrlə bu ölkə ilə yaxşı münasibətə malik olmaq istədiyini deyib. "Sözsüz ki, biz qarşılıqlı xoş əməkdaşlıq olan zamana qayıtmaq istərik. Moskva Türkiyə ilə bütün sahələri, ilk növbədə iqtisadi-ticarət sahəsini əhatə edən əməkdaşlıq əlaqələrinin yaxşı olduğu zamanı yüksək qiymətləndirir. Biz çox təəssüflənirik ki, bizim belə zəngin münasibətlərimiz Türkiyə tərəfinin aqressiv fəaliyyəti nəticəsində məhv edildi". 

Peskov deyib ki, bu, beynəlxalq münasibətlər praktikasında bir protokoldur. Ənənəvi olaraq milli günlər münasibəti ilə belə məktublar göndərilir. "Bir qayda olaraq belə məktublara cavab tələb edilmir". 

Rusiya daha öncə də - ötən ilin noyabr ayında Suriya ilə sərhəddə vurulan "Su 24" təyyarəsinə görə, Türkiyədən rəsmi şəkildə üzrxahlıq və kompensasiya gözlədiyini bəyan etmişdi. 

7News.Az

Xəbər lenti