RU
lombard
Milli təhlükəsizlik naziri kim olacaq?
13:17
67268

Milli təhlükəsizlik naziri kim olacaq?

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla Eldar Mahmudov nazir vəzifəsindən azad edilib. Bu prosesin müzakirəsi ilə yanaşı "yeni nazir kim olacaq” sualı da dövriyyədədir.

Media dəhlizlərində və xəbər məkanında bir neçə ad hallanır. Bəzi ehtimallara görə bu posta bir neçə il öncə ləğv edilmiş Xüsusi İdarənin sabiq rəisi Elman Qəmbərov gətirilir. Bir müddət öncə Elman Qəmbərovun prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini təyin ediləcəyi ilə bağlı şaiyələr yayılsada sonradan bu xəbər öz təsdiqini tapmadı.

Digər iddiaçı isə uzun müddət Elman Qəmbərovun müavini vəzifəsində çalışan Azər Süleymanovdur. Azər Süleymanovun atası bir müddət Milli Təhlükəsizlik Nazirliyində də çalışıb. Məlumata görə Bəxtiyar Süleymanov MTN Mingəçevir şəhər şöbəsinin rəisi olub.

Xatırladaq ki, 7News.az saytı məlum hadisələrdən sonra Milli təhlükəsizlik naziri postuna iddialı olan tanınmış şəxslər barədə yazı dərc etmişdi. Bunlar Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, Bakı polisinin keçmiş rəisi, general Məhərrəm Әliyev, daxili işlər nazirinin müavini, polis general - leytenantı Vilayət Eyvazov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, general-mayor Əli Nağıyevdir

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ