RU
lombard
Mingəçevirdə əhalinin maarifləndirilməsi tədbirləri həyata keçirilir
15:44
285

Mingəçevirdə əhalinin maarifləndirilməsi tədbirləri həyata keçirilir

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin müxtəlif ərazilərində sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara koronavirusdan qorunmaq üçün lazımi tövsiyyələr verilib. Profilak söhbətlərdə müvafiq ərazilərr üzrə Şəhər Polis şöbəsinin əməkdaşları da iştirak ediblər.
Sakinlərlə aparılan söhbətlər zamanı xüsusi karantin rejimin qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl etməyin vacibliyi vurğulanıb. Bildirilib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.
 
 
 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ