lombard

Mingəçevirli iş adamından nümunəvi addım: Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürdü - FOTO

Mingəçevirli iş adamından nümunəvi addım: Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürdü - FOTO
7NEWS.az xəbər verir ki, tanınmış iş adamı, "XXI əsr" MMC-nin ("River Side Mingəçevir" hoteli, "5+" marketlər şəbəkəsi) rəhbəri Mais Yusibov korporativ sosial məsuliyyəti çərçivəsində, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 AZN vəsait ayırdı.
Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən iş adamı bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
Siz də özünüzün və sevdiklərinizin sağlamlığı üçün evdə qalaraq bu mübarizəyə kömək ola bilərsiniz. Güc birlikdədir!
7NEWS.az

Xəbər lenti