MİNGƏÇEVİRDƏKİ BU YATAQXANA HƏR AN UÇA BİLƏR: 200-dən çox qaçqının həyatı təhlükədə - VİDEO

MİNGƏÇEVİRDƏKİ BU YATAQXANA HƏR AN UÇA BİLƏR: 200-dən çox qaçqının həyatı təhlükədə - VİDEO

TV7.az xəbər verir ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 17-də yerləşən yataqxana binası tamamilə deformasiya olunub, qəza vəziyyətindədir. Redaksiyamıza müraciət edən 200-dən artıq qaçqın və məcburi köçkün şəhərdə hər an böyük faciə ola biləcəyini deyiblər. Hadisə yerinə gedən çəkiliş qrupumuz sözün hər mənasında gördükləri mənzərə qarşısında çətin anlar yaşayıblar. Binanın zirzəmisi tamamilə yararsız vəziyyətə düşüb. Bundan başqa binanın bütün mərtəbələrində su, kanalizasiya sistemi tamamilə sıradan çıxıb, hər an uçma təhlükəsi müşahidə olunur. Binanın beton özəyi çirkab sularının təsirindən sıradan çıxıb, bütün mümkün dayaqlar demək olar ki, yox səviyyəsindədir. 50-dən çox ailənin, bütövlükdə 200 insanın həyatı təhlükədədir.

Məsələnin ən ağrılı tərəfi bundan ibarətdir ki, ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə Ulu Öndərin adını daşıyan prospektə heç kim, heç bir qurum baş verə biləcək faciənin qarşısını almaq niyyətində deyillər. "TV7 Azərbaycan” videoreportajı təqdim edir:

 

























 

Xəbər lenti