Mişel Obama qəflətən səhnəyə çıxdı - VİDEO - FOTO

Mişel Obama qəflətən səhnəyə çıxdı - VİDEO - FOTO

ABŞ-ın Los-Anceles şəhərindəki "Staples Center"də 61-ci "Grammy Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımı, 55 yaşlı Mişel Obama mərasimin "sürpriz" qonağı olub.

Ledi Qaqa, Cennifer Lopes və şou-biznesin digər ulduzlarından sonra səhnəyə çıxan Mişel Obamanı zaldakı tamaşaçılar müğənnilərdən daha çox alqışlayıblar.

 

Sənətçilərə və tamaşaçılara xitab edən M.Obama sevdiyi musiqilərin həyatındakı önəmindən danışıb.

"Çikaqoda dinlədiyim "Motown record" vallarından tutmuş son 10 ildə dinlədiyim "Who Run The World" mahnısınadək - musiqi həmişə mənə öz tariximizi danışıb. Bilirəm ki, buradakı insanların hamısı bu hissləri yaşayırlar", - Mişel Obama deyib.

7News.Az

Mişel Obama qəflətən səhnəyə çıxdı - VİDEO - FOTO

Mişel Obama qəflətən səhnəyə çıxdı - VİDEO - FOTO

Xəbər lenti