Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb
Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərlə görüşüb,qayğıları ilə maraqlanıb və müvafiq qurumlarla müzakirələr aparıb.
 
Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Qırıqlı, Əlibəyli, Bayramlı kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb. Ön cəbhə rayonu olan Tovuzda yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan millət vəkili Qənirə Paşayeva dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizə aparmasını xüsusi vurğulayıb. 
 
Millət vəkili sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. 
 
Sakinlər millət vəkili ilə görüşdə ön cəbhə rayonlarında ünvanlı sosial yardıma ehtiyac olan insanların daha olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər özəlliklə işyerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. 
 
Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.
 
7News.Az
 




Xəbər lenti