Moskvada “Ferrari” qəza törətdi - VİDEO

Moskvada “Ferrari” qəza törətdi - VİDEO

Moskvanın cənub-şərqində "Ferrari” markalı avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Müşahidə kamerası tərəfindən qeydə alınmış video "DTPşka” adlı Telegram kanalında yayılıb.

Məlumata görə, hadisə Rusiya paytaxtının Privolnaya küçəsində baş verib.

Avtomobilin idarəetmənin itirilməsi nəticəsində əks hərəkət zolağına çıxdığını və qarşıdan gələn "Volkswagen” markalı avtomobilə toqquşduğunu görmək olur. Zərərçəkənlərin olduğu bildirilsə də, təfsilatlar açıqlanmır.

"RenTV”nin məlumatına görə, "Ferrari”nin sükanında 35 yaşlı sürücü əyləşib. Qəza anında onun sərxoş vəziyyətdə olduğu məlum olub.

 

7News.Az

Xəbər lenti