Moskvada kişi biznesmenin burnunu dişlədi

Moskvada kişi biznesmenin burnunu dişlədi

Moskvanın Protopopovski bölgəsində 30 yaşlı kişi iş adamına hücum edib. 

Ren.tv xəbər verir ki, hadisəyə səbəb tərəflər arasında baş verən mübahisə olub. 

O, hadisə zamanı biznesmenin burnunu dişləyib. Nəticədə, iş adamı ciddi xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Polis insidentdə şübhəli bilinən şəxsi saxlayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

Xəbər lenti