RU
lombard
Moteldə keçmiş arvadını öldürən şəxs 15 il müddətinə cəzalandırılıb
20:00
466

Moteldə keçmiş arvadını öldürən şəxs 15 il müddətinə cəzalandırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Zöhrab İsnmayılovun (1980-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il fevralın 16-ı saat 14 radələrində Zöhrab İsmayılov keçmiş həyat yoldaşı Vəfa Abdullayevaya (1988-ci il təv.) Masazır qəsəbəsində yerləşən “Romi” motelində qısqanclıq zəminində üstündə gəzdirdiyi bıçaqla boyun nahiyəsinə bir neçə zərbə endirməklə, onu qətlə yetirib. Həmin gün o Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqim edilib.

Araşdırma zamanı Zöhrab İsmayılovun Vəfa Abdullayeva ilə nığahdan iki övladı olması məlum olub, ötən il onlar rəsmi qaydada boşanıblar, lakin müvvəqəti olaraq yenə də bir evdə yaşayıblar. İş üzrə dindirilən İsmayılov yoldaşı ilə boşanmasına, Vəfanın gizli kimlərləsə görüşməsi səbəb olub. Hadisə günü o hava almaq üçün yaşadığı Biləcəri qəsəbəsindəki istirahət parkına gəlib, bundan 10-15 dəqiqə sonra Vəfanın tanımadığı "VAZ 2107" markalı avtomobilə əyləşməsini görüb və bundan qəzəblənərək, onu izləməyə başlayıb. Həmin avtomaşını müşahidə edərək, onların sözügedən motelə getməsini görüb, qurduğu plana əsasən o üzərindəki açılıb-qatlanan bıçaqla əvvəlcə həmin şəxsə məxsus maşının təkərlərini zədələyib. Sonra motelə daxil olan cütlüyün yerini oradakı işçidən öyrənərək qəflətən otağa daxil olub və arvadını uzanıqlı vəziyyətdə görərək "burada nə gəzirsən" soruşub, cavabında isə Vəfa "sənə hesabat verməməliyəm, biz boşanmışıq və mən öz həyatımı yaşayıram" deyib və onu təhqir eləməyə başlayıb. Onun söyüşlərindən hiddətlənən Zöhrab Vəfaya bir neçə zərbə vuraraq, hadisə yerindən uzaqlaşıb. Yaralanan qadın Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib, bir müddət sonra hadisə yerinə RPŞ-nin və prokurorluğun əməkdaşları cəlb olunublar.

Məhkəmə prosesində Zöhrab İsmayılov əməlindən peşman olduğunu və övladlarını qohumlarına təhvil verdiyini bildirib. Onun sözlərinə görə, onun keçmiş arvadını və onunla moteldə olan şəxsi öldürmək niyyəti olmayıb, sadəcə yoldaşının gözlərinə baxmaq istəyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ