RU
lombard
MSK Poladzadəni məyus etdi
17:38
372

MSK Poladzadəni məyus etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında parlament seçkiləri ilə əlaqədar 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə qeydə alınan bir neçə namizəd tərəfindən daxil olan müraciətə baxılıb. 

7News.Az-ın məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, şikayəti namizəd Tahir Poladzadə ünvanlayıb. 

O əlavə edib ki, araşdırma nəticəsində müraciətdə göstərilən iddialar öz təsdiqini tapmayıb. 

MSK qərara alıb ki, şikayətçinin müraciəti təmin edilməsin və Dairə Seçki Komissiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. 

Həmin dairə üzrə lider namizəd Eldar Quliyevdir. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ