RU
lombard
Musa Qasımlıdan utancverici təbliğat
12:45
10198

Musa Qasımlıdan utancverici təbliğat

Deputatdan utancverici təbliğat – Musa Qasımlı çox dəyərli tarixçi alimlərimizdən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür.

2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Musa müəllim bu dəfə 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizədliyini irəli sürüb. Normal da təbliğat aparır. Fəqət bir neçə saat öncə paylaşdığı şəkili tanıdığımız Musa müəllimə yaraşdırmadıq.

Onsuz da seçiləcəyinə əmin olunan insan niyə belə ucuz təbliğata əl atsın? Çaylı kəndindəki 94 yaşlı Şahbaz əmini ziyarət etmək müsbət addımdır, ancaq ondan seçki təbliğatı kimi istifadə etmək çirkinlik deyildir də, bəs nədir?

Ağsaqqal xeyir-duası almaq xalqımızın ənənəsidir, ancaq onu sosial mediada seçki təbliğatı kimi istifadə etmək heç bir kateqoriyaya sığmır: “94 yaşlı Şahbaz əmi ayrılarkən məni bağrına basdı və 1 noyabrda qalxıb, seçki məntəqəsinə gedib səsə verəcəyini dedi. Uca yaradan bu istəyini yerinə yetirsin…”

Ayıbdır! Buna ehtiyacınızmı var, Musa müəllim? Onsuz da rəqiblərinizə baxdıqda, sizin seçildiyiniz açıq-aşkar görünür. YAP namizədi hansısa məktəbin direktorudur, digər rəqiblərinizə baxsaq biri bankda işçi, digəri kitabxanaçıdır. Yəni, bu qədər zəif rəqiblərlə yarışan görkəmli alimimizə bunu yaraşdırmadıq.

İnanmaq istəyirik ki, bu onun səhifəsini idarə edənlərin (əgər varsa) “işgüzarlığıdır”.

7News.az12087979_962862220416818_7771285238297478579_n12162262_10206695796226301_1214022824_o

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ