Müsavat partiyasını "Sirab" maliyələşdirir? — İsa Qəmbərlə bağlı SENSASİON İDDİA

Müsavat partiyasını

"Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının sabiq başkanı İsa Qəmbəri "Sirab" şirkəti maliyələşdirir". 


Demokrat.az xəbər verir ki, bu sensasion iddia ilə hazırda Avropada yaşayan jurnalist Laçın Məmişov çıxış edib. 


"Youtube" üzərində canlı yayım edən jurnalist İsa Qəmbəri və Müsavat partiyasının başqanı Arif Hacılını bu barədə suallarına cavab verməyə çağırıb:


"Mən buradan İsa Qəmbərə və Arif Hacılıya müraciət edib, "Sirab"dan onlara nəyə görə pullar verilməsinə cavab istəyirəm. Bu gün İsa Qəmbərin bütün müalicə xərclərini "Sirab" şirkəti ödəyir. İsa Qəmbər, Arif Hacılı, bu suallara cavab verin. Məndən qaça bilməyəcəksiniz. Gec-tez ifşa olunacaqsınız".

 

Image result for Laçın Məmişov


Məsələ ilə bağlı İsa Qəmbər və Arif Hacılı ilə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verməyiblər. 


7News.Az

Xəbər lenti