lombard

Müşfiq Cəfərov: Ölkə Rəhbəri dövlətçiliyimizin qorunması və xalqın rifahının yaxşılarşıdırlması üçün yenilikləri dəstəkləyir

Müşfiq Cəfərov: Ölkə Rəhbəri dövlətçiliyimizin qorunması və xalqın rifahının yaxşılarşıdırlması üçün yenilikləri dəstəkləyir

7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili Müşfiq Cəfərov Prezident İlham Əliyevin Parlamentdəki tarixi çıxışına münasibət bildirərkən deyib: "9 fevral 2020-ci il tarixində keçirilən Milli Məclisə növbədənkanar parlament seçkilərində qələbə qazanan deputatları təbrik edən, Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında ölkədə həyata keçirilən islahatlar dalğasının tərkib hissəsi kimi bu hadisənin əhəmiyyətini qeyd etdi. Sabiq deputatlar haqqında fikirlərini və yeni çağırışçılara tövsiyyə xarakterli çıxışı bir daha onu göstərir ki, ölkə rəhbəri dövlətçiliyimizin qorunması və xalqın rifahının yaxşılarşıdırlması üçün yenilikləri dəstəkləyir. Ölkədaxilində baş verən və ölkəxaricində dövlətçiliyimizi maraqlandıran hər bir hadisə ölkə rəhbərliyinin diqqət mərkəzindədir, Prezident Administrasiyasında aparılan kadr islahatları da bunun əyani göstəricisidir. Sabiq deputatlar haqqında qeyd edən prezident: "Dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır”. Həyata keçirilən islahatların mahiyyəti haqqında qeyd edən Prezident bildirib ki, "əvvəllər belə hallar kifayət qədər çox olub. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız”. Müşfiq Cəfərov: Prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır, beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. Təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Azərbaycan xalqını və dövlətini təmsil edən deputatlar olaraq, onların qarşısında yaxşı görünmək üçün deyil, dövlət, və ən əsası xalq qarşısında yaxşı olmaq lazımdır. Müşfiq Cəfərov: "Əminəm ki, xalqın etmadını qazanmış və seçilmiş altıncı çağırış Milli Məclis deputatları mənsub olduğu və təmsil etdiyi partiyadan asılı olmayaraq, millətimizə və dövlətçliyimizə sədəqatlə xidmət edəcək. Uğurlu inkişafı üçün lazımi qərarları qəbul edəcək və seçicilərinin inamını doğruldacaq. Beynəlxalq tribunalarda Azərbaycan dövlətinin haqlı mövqeyini lazimi şəkildə müdafiə və təmsil edəcək”

 

Xəbər lenti