Müslüm Maqomayevin qızı ilk dəfə danışdı - Video

Müslüm Maqomayevin qızı ilk dəfə danışdı - Video
Mərhum Xalq artisti Müslüm Maqomayevin qızı Marina Maqomayeva susqunluğunu pozaraq, uzun müddətdən sonra ilk dəfə müsahibə verib.

 ABŞ-da yaşayan Marina hər dəfə mediaya açıqlama verməkdən qaçıb. Rusiyanın birinci kanalına qonaq olan Maqomayeva "Эксклюзив" verilişinə danışıb. Marina bildirib ki, atası hər zaman şəxsi həyatını ondan uzaq tutub:

"Heç vaxt birlikdə getdiyimiz tədbirlərdə onun qadınlarla özəl münasibəti olduğunu görməmişəm. Düzdür, o subay idi, amma mən heç nə görmədim. Hər zaman mənə yüksək dəyər verdiyi üçün ona minnətdar olmuşam. Tamara (Müslüm Maqomayevin ikinci həyat yoldaşı Tamara Sinyavskaya - red.) ilə məni Moskvada tanış edib. Həmin vaxt onunla rəfiqəlik etdik. Çox mehriban qadındır. İlk andan hiss etdim ki, bizim mehriban münasibətimiz olacaq. İndiyədək də əlaqəmiz davam edir".

Marina bildirib ki, ailə qurduğu üçün Amerikaya köçməli olub:

"Deyirdilər ki, guya, Tamaranın atama ərə gəlməsini qəbul etmədiyim üçün Amerikaya köçdüm. Amma yalan idi".


Marina atasının nikahdankənar övladının olmasına inanmadığını deyib. O söyləyib ki, atası ilə Tamara Sinyavskayanın sevgisi o qədər güclü olub ki, Müslüm heç vaxt ona xəyanət etməyib.

Proqramda bildirilib ki, Tamara M.Maqomayevin ilk həyat yoldaşı Ofeliya ilə də yaxın olub. Marina atasının anası ilə mehriban ayrıldığını vurğulayıb.

"Anam hiss edirdi ki, atam məşhur olur və tezliklə qastrol səfərləri başlayacaq. Özü də onunla getmək istəmirdi. Mən də dözmərəm ki, ərim səfərlərdədir, mən isə evdə oturmuşam. Atama dedi ki, mən ailə istəyirəm. Uşaqla sənin yanında uzaqlara gedə bilmərəm. Onlar 1963-cü ildə ayrılıblar" deyə, M.Maqomayeva bildirib.

Marina onu həyat yoldaşı, musiqiçi Aleksandr Kozlovski ilə Tamaranın tanış etdiyini söyləyib. Onların Alen adlı oğlu var. Alenin adını da Müslüm Maqomayev qoyub.
 

7News.Az

Xəbər lenti