Narkoman ona pul vermək istəməyənlərı doğradı: 2 ölü, 4 yaralı - VİDEO

Narkoman ona pul vermək istəməyənlərı doğradı: 2 ölü, 4 yaralı - VİDEO
Rusiyanın paytaxtı Moskvada yerləşən hosteldə dəhşətli qətl hadisəsi baş verib.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Dudkino kəndindən olan 26 yaşlı narkoman hosteldə yaşayan tanışlarından borca pul istəyib. "Yox" cavabını eşitdikdə isə, altı nəfərə bıçaqla hücum çəkib.

Onlardan ikisi hadisə yerində keçinib, 4 nəfər bıçaq yarasıyla xəstəxanaya yerləşdirilib.

Cinayətkar polis tərəfindən saxlanılıb. İstintaq davam edir.

Rusiya İstintaq Komitəsi hadisə yerindən çəkilən kadrları dərc edib.



7News.Az

Xəbər lenti