Narkoman sürücü DƏHŞƏT SAÇDI: 10 yaralı

Narkoman sürücü DƏHŞƏT SAÇDI: 10 yaralı

ABŞ-ın Kaliforniya ştatında dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Toyota” markalı avtomobilin sürücüsü avtomobili insanların üzərinə sürüb.

Hadisə nəticəsində ən azı 10 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Avtomobil insanlara çırpıldıqdan sonra ağaca dəyərək dayanıb. Qəza zamanı daha 3 avtomobil də ziyan görüb.

İstintaq əməliyyatları zamanı 22 yaşlı sürücünün narkotik vasitəsinin təsiri altında avtomobil idarə etdiyi ortaya çıxıb. O, polis tərəfindən saxlanılıb.

7News.Az

Xəbər lenti