RU
lombard
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib -
23:01
427

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib -

Tədbirdə Vasif Talıbov da iştirak edib.

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar təqdim olunub.

7news.az AzərTAc-a istinadən məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edib:

“Hazırda muxtar respublikada 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib. Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilib, müasir Avtobus Parkı istifadəyə verilib”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanda hər gün 10 mindən artıq insanın nəqliyyat xidmətindən istifadə etdiyini qeyd edib:

“7 ədəd yeni avtobus alınaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə verilmişdir. Yeni alınan avtobuslar xidmətin düzgün təşkilinə və sərnişinlərin rahatlığının təmin olunmasına imkan verəcəkdir. Həmçinin bu avtobusların alınması hesabına 14 yeni iş yeri açılmışdır. Ona görə də sürücülər avtobuslara mütəmadi texniki xidmət göstərməli, şəhərdaxili marşrutların iş qrafikinə vaxtında əməl olunmalıdır”.

Avtobuslara baxış zamanı məlumat verilib ki, yeni avtobusların 5-i “Kinq-Lonq”, 2-si isə “İsuzu” markalıdır. “Kinq-lonq” markalı avtobusların hər birində 23, “İsuzu” markalı avtobusların hər birində isə 25 oturacaq var. Bu nəqliyyat vasitələri ayaq üstə dayanan sərnişinlər də nəzərə alınmaqla 48 sərnişinə xidmət göstərə biləcək. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar yüksək manevrə malikdir. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı üçün hər cür şərait vardır.

 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ