Nazir: 16 min sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib

Nazir: 16 min sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib

Bu gün sahibkarlar hökumətin iqtisadi qanadını təşkil edən nazirlərin hamısının birlikdə təmsil olunduğu tədbirdə onları narahat edən məsələləri danışmaq imkanı qazandılar. Bu dəfə diskussiya  media nümayəndələrinin iştirakı ilə davam etdi. 

7News.Az xəbər verir ki, bu "Regionların 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın  icrasının yekunlarına həsr olunmuş konfransda baş tutdu.

Sözü iqtisadiyyat naziri Şahin Mustafayev açdı və bildirdi ki, davamlı islahatlar nəticəsində müasir iqtisadi tələblərə uyğunluq, qeyri neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılıb. 

Nazirin sözlərinə görə, ötən ildə regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. 

"Kənd təsərrüfatının subsidiyalaşdırılması yoxlamaların 2021-ci ilə qədər dayandırılması, dövlət satınalmalarında yerli məhsullara  güzəştlərin verilməsi və vergi güzəştlərinin tətbiq edilməsi mühüm tədbirlərdən biridir”, - deyə nazir qeyd edib. 

Sahibkarları sənaye parklarında çalışmağa çağıran nazir investisiya təşviqi sənədi əsasında, xüsusən də regionların inkişaf edəcəyini, yeni iş yerlərinin açılacağını vurğulayıb. 

Şahin Mustafayev qeyd edib ki, 16 min sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib.

7News.Az

Xəbər lenti