Nazir azərbaycanlı fermerləri Fransaya sərgiyə apardi, onlara tərcüməçilik etdi - VİDEO

Nazir azərbaycanlı fermerləri Fransaya sərgiyə apardi, onlara tərcüməçilik etdi - VİDEO
7NEWS.az "TV7 Azerbaijan"a istinadən xəbər verir ki, Fransanın Cournon-d’Auvergne şəhərində "Sommet d’Elevage" Beynəlxalq Heyvandarlıq Sərgisinin açılışı olub.   
Clermont-Ferrand şəhərinin meriyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazir İnam Kərimovun təşəbbüsü ilə azərbaycanlı fermerlər də sərgini ziyarət edir. İnam Kərimov fermerlərimizə tərcüməçilik edib, onları məlumatlandırıb.
Ümumilikdə, budəfəki sərgiyə 38 ölkədən 35 qonaq və 95 min iştirakçı qatılıb. Tədbirdə 70 növ olmaqla 2000 mal-qara nümayiş olunur. 
Hər il keçirilən sərgi oktyabrın 4-də başa çatacaq.
7NEWS.az

Xəbər lenti