Nazir: Ermənistan rəhbərliyinin sağlam düşüncəsinə ümid bəsləyirik

Nazir: Ermənistan rəhbərliyinin sağlam düşüncəsinə ümid bəsləyirik

Azərbaycan Ermənistan rəhbərliyinin sağlam düşüncəli olmasına ümid bəsləyir, onların Azərbaycanla münasibətləri nizamlanmadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya etmədən, ölkəni siyasi təcavüz və işğal siyasəti nəticəsində düşdüyü çıxılmaz vəziyyətdən çıxarmağın mümkünsüz olduğunu anlayacaqlarına ümid edir.

Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın yeni siyasi rəhbərliyinin danışıqlar prosesinin detalları ilə tanış olması üçün müvəqqəti fasilə vermişdi. Ancaq həmin keçid mərhələsi artıq başa çatıb və danışıqlar həm ölkə liderləri, həm də Xarici İşlər nazirləri səviyyəsində bərpa olunub.  

"Bununla belə, tez-tez danışıqlar prosesi çərçivəsində keçirilən görüşlərə paralel olaraq erməni tərəfindən birmənalı olmayan və siyasi nizamlanma ilə bağlı bütün konstruksiyanı kölgədə qoyan bəyanatlar səsləndirilir. Bu, əlbəttə ki, əndişəyə səbəb olur”, - deyə nazir bildirib.

Nazir danışıqlar prosesinin irəliləməsi üçün Ermənistan Respublikası rəhbərliyinin siyasi iradə ortaya qoymalı olduğunu əlavə edib.

 

7News.Az

Xəbər lenti