Neftçalada 19 yaşlı gənc özünü tut ağacından asdı

Neftçalada 19 yaşlı gənc özünü tut ağacından asdı

Neftçalada intihar hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Məlikov Həsən Qulu oğlu yaşadığı evin həyətindəki tut ağacından özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

Xəbər lenti