Azərbaycanda 17,5 milyon ton xam neft hasil olunub

Azərbaycanda 17,5 milyon ton xam neft hasil olunub

Azərbaycanın 2016-cı ilin yanvar-may ayları ərzində neft və təbii qaz hasilatının həcmi barəsində statistik məlumat açıqlanıb. 

7news.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, cari ilin ilk beş ayı ərzində xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı ötən ilin anoloji dövrü ilə müqayisədə 0,7% azalaraq 17 milyon 544,3 min ton təşkil edib. 

Cari ilin yanvar-may ayları ərzində 12 milyard 451,6 milyon kub metr təbii qaz hasil edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 0,5% artım deməkdir. 

Bu il iyunun 1-nə 375,7 min ton xam neft, 1 milyard 26,7 milyon kub metr həcmində təbii qaz üzrə hazır məhsul ehtiyatı yaranıb.

Xam neft hasilatının 17 milyon 522,1 min tonu, təbii qazın isə 7 milyard 822,7 milyon kub metri əmtəəlik olub. 

7news.Az

Xəbər lenti