Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"

Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA:
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı qızın qətlində şübhəli bilinən İlkin Süleymanovun ailə üzvləri ona verilən bu ittihamı qəbul etmirlər.

47 yaşlı kənd sakini İlkin Süleymanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Noyabr ayında itkin düşmüş Nərmin Quliyevanın cəsədi yanvarın 6-da tapılıb.

Baş Prokurorluq bildirb ki, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib".

Mərhum azyaşlının atası Şərif Quliyev BBC News Azərbaycancanın müxbirinə yalnız bunu bildirib ki, o, qızının "qatilinin tapılmasını istəyir". Şərif Quliyev qızı itkin düşəndən sonra kənddə axtarış aparıldığı zaman İlkin Süleymanovun yaşadığı evə baxılmadığını deyir: "Onlar hörmətli ailə idi, ayıbdı, qonşudur deyə onların evi axtarılmadı".

Oxu24.com   xəbər  verir   ki,  İlkin Süleymanovun bacısı İlhamə Süleymanova BBC News Azərbaycancaya açıqlamasında iddia edib ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.

"Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən qardaşının xəttini bilirsənʔ Baxan kimi dedim, bu onun xətti deyil. Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram", cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib.

Onun sözlərinə görə, ailə üzvləri istintaqın 10 yaşlı qızın saxlanıldığını göstərdiyi otağa və evdəki ərzaq anbarına 40 gün ərzində bir neçə dəfə daxil olaraq müxtəlif əşyalar götürüblər və "orada gizlədilən heç nə görməyiblər".

İlhamə Süleymanova qardaşının hər hansı psixoloji problemi olmadığını, hər hansı psixoloji-nevroloji dispanserdə qeydiyyatdan keçmədiyini və kənd sakinləri ilə hər zaman "yaxşı davrandığını" deyir.

Baş Prokrorluöun mətbuat xidmətindən BBC News Azərabycancaya bildirilib ki, cinayətdə ittiham olunan İlkin Süleymanova qarşı işgəncə hallarından "söhbət belə gedə bilməz".

Baş Prokurorluğun məlumatına görə, istintaq-əməliyyat qrupu İlkin Süleymanovun yaşadığı evin həyətinin giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən "Nərminin saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr", eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İstintaqın gedişatı ilə bağlı yayılan rəsmi məlumata əsasən, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib."

Nərminin atası Şərif Quliyev qızının itkin düşəndən sonra aparılan axtarış tədbirlərindən razı olduğunu bldirmişdi.

O, BBC News Azərbaycancaya bildirmişdi ki, qızı itkin düşəndən bəri polis kənddə olub: "İstintaqdan, axtarışlardan razıyam, məni narahat etməyin".
Baş Prokurorluq istintaq getdiyini, zərurət yarandığı halda ictimaiyyətə məlumat veriləcəyini deyir.

Hadisə kənd sakinlərini "vahiməyə" salıb, sakinlər deyirlər.

 
 7News.Az

Xəbər lenti