Nəsimidən oxuyanları yıxıb-sürüyən məşhurumuz da Nəsimidən oxudu - Video

Nəsimidən oxuyanları yıxıb-sürüyən məşhurumuz da Nəsimidən oxudu - Video

Əməkdar artist Gülüstan Əliyeva da azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına müraciət edib. 

7News.Az xəbər verir ki, ifaçı "Əfəndim” adlı mahnıdan bir hissəni izləyiciləri ilə bölüşüb. Mahnının musiqisi bəstəkar Vüqar Camalzadəyə məxsusdur. 

Xatırladaq ki, Gülüstan Əliyeva açıqlamalarının birində "Səviyyəsiz formada hansısa şairimizin sözlərinə mahnı bəstələyib tamaşaçılara təqdim edirlərsə, bu, kənardan çox biabırçı və iyrənc görünür. Mahnını dinləmək belə, insanın könlünü bulandırır. Nəsiminin qəzəllərinə cılız mahnılar qoşub, həm bizi, həm də özlərini biabır edirlər. Bu isə yolverilməzdir” – deyərək Nəsiminin qəzəlinə mahnı bəstələyib toylarda, el şənliklərində ifa edənlərə sərt ismarıc yollamışdı.

 

 
7News.Az

Xəbər lenti