lombard

Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü

Nigeriya vətəndaşı Bakıda kirayədə qaldığı evin sahibini döydü
Bakı sakini evində əcnəbi vətəndaş tərəfindən döyülüb.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Z. Kərimov küçəsi ev 199-da baş verib. Həmin evdə kirayədə yaşayan Nigeriya vətəndaşı, 1989-cu il təvəllüdlü Musa Mədu Palnam mənzili tərk etmək üçün əşyalarını yığarkən ev sahibi, 1984-cü il təvəllüdlü Röcvşən Sovet oğlu Nəsirli ilə aralarında mübahisə baş verib. Mübahisə nəticəsində Nigeriya vətəndaşı ev sahibini döyüb. R. Nəsirli burun sınığı ilə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Nigeriya vətəndaşı Musa Mədu Palnam Qərbi Xəzər Universitetində hazırlıq kursu keçmək üçün Azərbaycana gəlib.

Faktla bağlı araşdırma aparılır.
 

 
7News.Az

Xəbər lenti