Niyazi Bayramov yüksək bal toplayanları mükafatlandırıb

Niyazi Bayramov yüksək bal toplayanları mükafatlandırıb

Gəncədə 2018-2019-cu tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu il ali məktəblərə yüksək balla daxil olan məzunları mükafatlandırıb. Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, UTECA-nın rektoru, professor Akif Süleymanov, GDU-nun rektoru, professor Yusif Yusibov, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

KonfransAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2018-2019-cu tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin baççısı Niyazi Bayramov ali məktəblərə yüksək bal toplayaraq qəbul olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O, çıxışında bildirib ki, təhsil cəmiyyətin inkişafını təmin edən əsas sahədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsil sahəsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondunun xətti ilə icra olunan layihə və proqramlar çərçivəsində ölkədə yeni məktəb binaları tikilir, məktəbəqədər müəssisələr təmir olunaraq müasir avadanlıqdlarla təchiz olunur. Bütün bunlar şagirdlərin yüksək səviyyədə təhsil almaları, elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Gəncə təhsilində qazanılan nailiyyətlər də göstərilən bu diqqət və qayğının nəticəsidir.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2018-2019-cu tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 44 tam orta, 1 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərir. 2018/2019-cu tədris ilinin məzunlarından 2033 nəfəri ali məktəblərə sənəd təqdim edib ki, onların da 58,63%-i ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olanların248 nəfəri 500-dən, 79 nəfəri 600-dən, 11 nəfər isə 650-dən yuxarı bal toplayıb.

Tədbirdə tələbə adını qazananlar və onların valideynləri də çıxış ediblər.

Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbi "Qızıl” medalla bitirən Təminə Əliyeva sevincini tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, 636,4 bal toplayaraq Azərbaycan Tibb Universitetinin "Müalicə işi”nə qəbul olub. Əldə etdiyi uğurda müəllim və valideynlərinin böyük əməyinin olduğunu vurğulayan Təminə Əliyeva, onlara dərin təşəkkür ifadə edib.

Gəncə şəhər 6 nömrəli tam orta məktəbin məzunu Dilarə Hüseynovanın atası Səbuhi Hüseynov bildirib ki, qızının şəhər üzrə ən yüksək – 679,2 bal toplaması, bir valideyn kimi onu çox qürurlandırır. O, təhsildə yaradılan bu şəffaf mühitə görə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən AMEA Gəncə Bölməinin sədri, akademik Fuad Əliyev və UTECA-nın rektoru, professor Akif Süleymanov bu il tələbə adını qazanan bütün məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar diləyiblər.

Sonda bu il şəhər üzrə yüksək bal toplayan 11 nəfər tələbəyə hədiyyələr təqdim olunub.

Xəbər lenti