"Yezidi kürdlərin soyqırımı davam edir"

7news.Az "Ria Novosti" agentliyinə istinadən məlumat verir ki, BMT-nin Suriyada araşdırmalar üzrə müstəqil komissiyasının məruzəsində İŞİD-in yezidlərə qarşı soyqırımı həyata keçirildiyi bildirilir.

Komissiyanın məlumatına görə, hazırda 3200 yezid qadın və uşaq İŞİD terrorçularının əlində əsirdir. Qadınlar seksual qul vəziyyətində yaşayır, uşaqlardan isə kamikadze kimi istifadə olunur. Minlərlə yezid kişi və yeniyetmə oğlan itkin düşüb. Həmçinin qeyd edilir ki, terrorçular yezidləri xüsusi amansızlıqla qətlə yetirir, müxtəlif dəhşətli işgəncələrə məruz qoyurlar.

"Yezidlərin tamamilə soy kökünün kəsilməsi üçün yezid qadınlara doğmağa icazə verilmir, onları zorla dinlərini dəyişməyə məcbur edirlər. Yezidilərin soyqırımı davam edir", məruzədə belə deyilir.

BMT komissiyası Təhlükəsizlik Şurasını Suriyadakı vəziyyəti Beynəlxalq Cinayət məhkəməsinə verməyi və yaxud bu məsələlərə baxmağa səlahiyyəti çatan beynəlxalq tribunal yaratmağa çağırıb.

7news.Az

 

Xəbər lenti