"O, nə kişi, nə də Qafqaz oğlu sayılır" - Kadırovdan SƏRT SÖZLƏR

Gürcüstanın Prezidenti, Baş Naziri jurnalist Georgi Qabuniyanın hərəkətinə görə Vladimir Putindən dərhal rəsmi və ictimai formada üzr istəməlidir".

Bu fikri Çeçenistan lideri Ramzan Kadırov "Rustavi 2" kanalının efirində jurnalistin Rusiya Prezidentini və valideynlərini təhqir etməsinə münasibət bildirərkən səsləndirib.

Kadırov hesab edir ki, hər şey kanalın düşündüyü kimi baş verib. Əks halda Qabuniyanın çıxışı elə ilk saniyədən dayandırılardı: "O, nə kişi, nə də Qafqaz oğlu sayılır. Qafqazda kişilər heç qan davası olduğu şəxslərin ünvanına belə təhqiramiz sözlər işlətmirlər. Bu, Gürcüstan və gürcü xalqı üçün rüsvayçılıqdır. Jurnalistin kobud ifadələri rus xalqına, ayrı-ayrılıqda Rusiya vətəndaşlarına qarşı təhqirdir".

Çeçenistan lideri onu da vurğulayıb ki, Rusiya vətəndaşı olan gürcülərə təsir etməyəcək formada Gürcüstana qarşı ciddi sanksiyalar tətbiq etmək lazımdır.
 
 

7News.Az

Xəbər lenti