"Of, 18 yaşım oldu, hələ də problemlər yaranır"

"Cavabsız çınlama" mahnısı ilə şöhrət qazanan, 2 dəfə Bakıda konsert verən müğənni Aleyna Tilki yaşına görə problem yaşadığını bildirib.

7News.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Twitter müğənninin rəsmi hesabını silib.

Özünə yeni hesab açan Aleyna yaşı 13-dən az olduğu vaxtlarda Twitter-dən istifadə etdiyinə görə hesabının silindiyini status kimi yazıb.

O, statusuna: "Of, 18 yaşım oldu, hələ də problemlər yaranır" sözlərini də əlavə edib.

 

7News.Az

Xəbər lenti