Olimpiya çempionu Elçin Əlibəylini döyüb, təcili əməliyyat olunmalıdır - İDDİA

Olimpiya çempionu Elçin Əlibəylini döyüb, təcili əməliyyat olunmalıdır - İDDİA
Olimpiya çempionu Namiq Abdullayev tanınmış teleaparıcı Elçin Əlibəylini döyüb.

Əlibəyli bu barədə sosial şəbəkədə məlumat yayıb:

"Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm.

Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir.

Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram".

Olimpiya çempionu Elçin Əlibəylini döyüb, təcili əməliyyat olunmalıdır - İDDİA

 

7News.Az

Xəbər lenti