RU
lombard
Oliqarxların ailə üzvlərinə pul
14:53
695

Oliqarxların ailə üzvlərinə pul "atan" şəxs 11 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Araz Eyvazovun (1984-cü il təv.) CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayəyt işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, ibtidai istintaq dövründə iş üzrə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə Araz Eyvazov zərərçəkənlərə məxsus 3 milyon 600 min manat pulu dələduzluq yolu ilə keçirib. Zərərçəkənlərin şikayətləri əsasında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıb.

Dövlət ittihamçısı çıxış edərək Araz Eyvazovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Araz Eyvazov son sözlə çıxış edərək, taleyinin hakimlərin əlində olduğunu deyib. O bildirib ki, tutulmasının səbəbkarı Eldəniz Axundovdur, özünün isə heç bir cinayət əməli yoxdur.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ