Qadını döyüb, gözünə kimyəvi maddə səpdilər

Qadını döyüb, gözünə kimyəvi maddə səpdilər

Şəmkirdə qadın döyülüb.

Rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Z. Zeynalova qonşuları ilə dava zamanı döyülüb və onun gözünə kimyəvi maddə səpilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır./apa

7News.Az

Xəbər lenti