“ONTOP Boulinq Mərkəzi 3 yaşını qeyd etdi - FOTO

“ONTOP Boulinq Mərkəzi 3 yaşını qeyd etdi - FOTO
Azərbaycanın tanınmış və ən iri boulinq mərkəzi olan ONTOP Boulinq İdman və Əyləncə Mərkəzi 15 may tarixində 3 yaşını qeyd edib.
 
7News.Az-ın məlumatına görə, tədbirdə idman mərkəzinin menecerləri və digər qonaqlar çıxış edərək ONTOP Boulinq İdman və Əyləncə Mərkəzinin gənclərin asudə vaxtlarının daha da səmərəli keçirməsi üçün ən ideal idman və əyləncə mərkəzi olduğunu qeyd ediblər.
 
ONTOP Boulinq İdman və Əyləncə Mərkəzinin marketinq və korporativ satış üzrə meneceriHüseynağa Əliyevin sözlərinə görə, boulinq həm idman, həm də əyləncə növü sayıldığından insanlarda böyük maraq oyadır: "Bir olmaq dəyərini yüksəldir, özünü təsdiq imkanı yaradır, informasiya mübadiləsi aparılır. Bu oyunun üstünlüyü ondadır ki, boulinqi hər kəs oynayır. Uşaqların oynaması üçün xüsusi sərhədli yollar mövcuddur. Bolinq oyunu yaş məhdudiyyəti tanımır, deyərdim. Eləcə də fiziki qüsürlü insanların oynaması üçün xüsusi vasitələr mövcuddur”.

Mərkəzin meneceri Nicat Məmmədov isə çıxışında bildirib ki, ONTOP Boulinq idman və əyləncə mərkəzi federasiya üzvi olaraq həm peşəkar, həm də həvəskar turnirlərə ev sahibliyi edir: Hər il müxtəlif turnirlər təşkil olunur. Eləcə də bir çox şirkətlər öz korpotiv tədbirlərini, yarışmalarını ONTOP boulinqə həvalə edirlər. Bunlarla yanaşı, məktəblilərin doğum günlərini unudulmaz şəkildə qeyd etmələri üçün mərkəzin xüsusi təklifləri mövcuddur. Təklifə boulinq, oyun simulyatorları, restoran, foto xidməti və digər surprizlər daxildir” - deyə menecer vurğulayıb.
    
Daha sonra müştərilərin və əməkdaşların iştirakı ilə tort kəsilib.
 
 
 7News.Az

Xəbər lenti