"Panseksualam, həm kişilər, həm qadınlar, həm də..." - FOTO

"Plus size" iri ölçülərə sahib model Tess Hollidi şəxsi həyatı ilə bağlı qalmaqal yaradacaq açıqlama verib.

7News.Az pinknews-a istinadən bildirir ki, 33 yaşlı model panseksual olduğunu etiraf edib.

"Nylon" jurnalına müsahibə verən Tess bütün cinslərə maraq duyduğunu dilə gətirib.

"Bir dəfə Mexikodaykən orta yaşlı kişi yaxınlaşaraq biseksual olub-olmamağımı soruşdu. Mən də onun fikrinə hörmətlə yanaşdığımı bildirərək panseksual olduğumu söylədim", - Tess açıqlayıb.

 

Qeyd edək ki, biseksual insanlardan fərqli olaraq, həm qadınlara, həm kişilərə, həm də cinsi azlıqlara meyli olan birinə panseksual deyilir.

7News.Az

Xəbər lenti