ƏSA teatrı yeni mövsümə "partlayış"la başladı

ƏSA teatrı yeni mövsümə
İnklüziv ƏSA Teatrı 4-cü mövsümün ilk tamaşa premyerası həyata keçirib.

Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən "Paris partladı” tamaşasının təqdimatı Akademik Rus Dram Teatrının səhnəsində reallaşıb.Tamaşaçılar premyerada M.F.Axundzadənin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyiblər.

Quruluşçu rejissoru Elşən Əsgərov olan səhnə əsərində rolları aktyorlar İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Mehdi Cənnətifərd, Aysel Feziyeva, Orxan Əliyev, Bəhram Rəhimli və Cəmilə Məmmədli canlandırıb.

Fotoların müəllifi: Famil Mahmudbəyli

Xəbər lenti