RU
lombard
10:43
508

"Park Bulvar"da bomba var deyən şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində Kəlbəcər rayon sakini İsmayıl Allahverdiyevin (1970-ci il təv.) CM-nin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu ilin avqust ayında İsmayıl Allahverdiyev DİN "102" xidmətinə zəng vuraraq, Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verib. Dərhal sonra həmin məlumat hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılıb və bunun yalan olması müəyyən edilib. İstintaq-əməliyyat tədbirlədi ilə zəng vuran şəxsin Suraxanı rayonunda məskunlaşmış İsmayıl Allahverdiyev olması məlum olub və o, saxlanılıb.

İş üzrə dindirilən İ.Allahverdiyev bir çox adamlara pul borcu olmasını bildirib. O, ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə İsmayıl Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ