Rio-2016: Azərbaycan 3-cü medalını təmin edib

Rio-2016: Azərbaycan 3-cü medalını təmin edib

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında növbəti görüşlər keçirilib.

7news.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxıb. 

75 kiloqram çəkidə mübarizə aparan təmsilçimizin qazaxıstanlı Janıbek Alimxanulıya qalib gələrək yarımfinal mərhələsinə adlayıb.

Bununla da, Azərbaycan boksçusu ən azı bürünc medalı təmin edib. 

Qeyd edək ki, Kamran Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalıArlen Lopes olacaq.

7news.Az

Xəbər lenti