Paytaxda saxta saqqızlar satılır- 5 paçkası 1 manat - FOTO

Paytaxda saxta saqqızlar satılır- 5 paçkası 1 manat - FOTO
Bakıda saxta saqqız satılması ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkədə Bakının müxtəlif metro stansiyalarının yaxınlığında və dayanacaqlarda istehsal tarixi keçmiş saxta saqqızların satılması ilə bağlı məlumatlar yayılıb. Vaxtı keçmiş saqqızlar satıcıları tərəfindən avtobuslarda sərnişinlərə bir paçkasının 50,30,20 qəpiyə təklif edilir. Hətta 5 paçkasını 1 manata satanlar da olur.

Mənşəyi bilinməyən bu saqqızların Fələstin istehsalı olduğu vurğulanır. 

Məsələ ilə bağlı Big.az Azərbaycan Qida Agentliyi ilə əlaqə saxlayıb.

Agentliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva açıqlamasında bildirib ki, sözügedən faktla bağlı onlara heç bir şikayət daxil olmayıb: 

"Vətəndaşların saqqızların keyfiyyətinə, təhlükəsizliyinə dair hər hansı şübhələri varsa 1003 "çağrı mərkəzinə" zəng edərək məlumat versinlər. Nəzərinizə çatdırım ki, tərəfimizdən yalnız rəsmi formada daxil olan şikayətlər qeydə alınır və araşdırılmağa başlanılır. Əgər həqiqətən məhsul təhlükəli və keyfiyyət göstəricilərinə uyğun deyilsə, bu zaman qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir”./big

Paytaxda saxta saqqızlar satılır- 5 paçkası 1 manat - FOTO

7News.Az

Xəbər lenti