Paytaxtda güclü qar gözlənilir - XƏBƏRDARLIQ

Paytaxtda güclü qar gözlənilir - XƏBƏRDARLIQ

Yaponiya sinoptikləri fevralın 9-da paytaxt Tokionun da daxil olduğu Kanto regionunda güclü qar yağacağı barədə xəbərdarlıq ediblər.

 7News.Az xarici mətbuata istinadən xəbər verir ki, güclü soyuq hava kütlələri və aşağı təzyiq şənbə günü səhərdən gecəyədək böyük əraziyə qar gətirəcək.

Güclü qar yağması nəticəsində fevralın 10-da səhər Kanto regionunun dağlıq ərazilərinə 10 santimetr, düzənlik əraziyə 8 santimetr və Tokionun 23 rayonuna 5 santimetr qalınlığında qar düşəcəyi gözlənilir.

Meteorologiya agentliyi insanları nəqliyyatın hərəkətində problemlər yaradacaq buzlu yollarda ehtiyatlı olmağa çağırır. Sürücülərə qış şinlərindən və ya zəncirlərdən istifadə etmək tövsiyə olunur.

 

7News.Az

Xəbər lenti