Penelopa Krus libasıyla göz oxşadı - FOTO

Penelopa Krus libasıyla göz oxşadı - FOTO
76-cı Venesiya Film Festivalına qatılan aktrisa Penelopa Krus libasları ilə mərasimin əsas ulduzu olub.

7News.Az publika.az-a istinadən xəbər verir ki, 76-cı Venesiya Film Festivalı bütün sürəti ilə davam edir. Ulduzlar yeni film əsərlərini ictimaiyyətə təqdim etmək üçün İtaliyaya gedir. Belə ki, dünən Penelopa Krus baş rolunu oynadığı "Wasp Network" trillerinin premyerasında görünüb.

Aktrisa qırmızı xalıya ağ rəngli, qat-qat ətəkli şifon axşam paltarında çıxıb. Penelopa obrazını qırmızı dodaq boyası və damcı brilyant sırğalar tamamlayıb.

Yeri gəlmişkən, elə həmin gün aktrisa filmin gündüz təqdimatında iştirak edib. O, fotosessiya üçün "RalphRusso"dan iri daşlarla bəzənmiş mavi libas seçib. Bu dəstini gümüşü tək lentli bosonojka ilə tamamlayan aktrisa geyimləri ilə diqqət mərkəzində olmağı bacarıb.
Penelopa Krus libasıyla göz oxşadı - FOTO
Penelopa Krus libasıyla göz oxşadı - FOTO
Penelopa Krus libasıyla göz oxşadı - FOTO
 

7News.Az

Xəbər lenti